Var-dövlətin üçdəbirini vəsiyyət etmək
أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : مَرِضْتُ مَرَضًا أَشْفَيْتُ مِنْهُ ، فَأَتَانِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَعُودُنِي ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ لِي مَالاً كَثِيرًا ، وَلَيْسَ يَرِثُنِي إِلاَّ ابْنَتِي ، أَفَأَتَصَدَّقُ بِثُلُثَيْ مَالِي ؟ قَالَ : لاَ ، قُلْتُ : فَالشَّطْرَ ؟ قَالَ : لاَ ، قُلْتُ : فَالثُّلُثَ ؟ قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ ، إِنَّكَ أَنْ تَتْرُكَ وَرَثَتَكَ أَغْنِيَاءَ خَيْرٌ لَهُمْ مِنْ أَنْ تَتْرُكَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ.
“Amir ibn Səd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Sağalacağım bir xəstəliyə tutulmuşdum. Allah Elçisi ﷺ məni ziyarət etməyə gəlmişdi. Mən dedim: “Ey Allahın Elçisi, mənim çoxlu mal-dövlətim var. Qızımdan başqa isə heç bir varisim yoxdur. Bu mal-dövlətin üçdəikisini sədəqə verə bilərəmmi?” O: “Xeyr!”, - dedi. Mən dedim: “Bəs yarısını?” O yenə: “Xeyr!”, - dedi. Mən dedim: “Bəs üçdəbirini?” O buyurdu: “Üçdəbirini... Üçdəbiri də çoxdur. Varislərini varlı buraxmağın insanlara əl açacaqları vəziyyətdə buraxmağından daha xeyirlidir”.”
İstinad
Nəsəi, 3626 (Vəsiyyətlər, 16)
Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı