Var-dövlətin üçdəbirini vəsiyyət etmək
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ عَامِرِ بْنِ سَعْدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَعُودُهُ وَهُوَ بِمَكَّةَ ، وَهُوَ يَكْرَهُ أَنْ يَمُوتَ بِالأَرْضِ الَّذِي هَاجَرَ مِنْهَا ، قَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : رَحِمَ اللَّهُ سَعْدَ ابْنَ عَفْرَاءَ أَوْ يَرْحَمُ اللَّهُ سَعْدَ ابْنَ عَفْرَاءَ وَلَمْ يَكُنْ لَهُ إِلاَّ ابْنَةٌ وَاحِدَةٌ ، قَالَ : يَا رَسُولَ اللهِ ، أُوصِي بِمَالِي كُلِّهِ ؟ قَالَ : لاَ قُلْتُ : النِّصْفَ ، قَالَ : لاَ ، قُلْتُ : فَالثُّلُثَ ، قَالَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ ، إِنَّكَ أَنْ تَدَعَ وَرَثَتَكَ أَغْنِيَاءَ خَيْرٌ مِنْ أَنْ تَدَعَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ مَا فِي أَيْدِيهِمْ
“Amir ibn Səd ﵀ rəvayət edir ki, atası Məkkədə xəstə yatanda Peyğəmbər ﷺ onu ziyarət etmişdi. Səd vaxtilə hicrət etdiyi bu torpaqda ölmək istəmirdi. Peyğəmbər ﷺ belə buyurdu: “Allah Səd ibn Əfraya rəhm etsin!” Onun varis olaraq bir qızı var idi. O dedi: “Ey Allahın Elçisi, mən bütün var-dövlətimi sədəqə etməyə vəsiyyət edə bilərəmmi?” Peyğəmbər ﷺ: “Xeyr!”, - dedi. O dedi: “Bəs yarısını?” Peyğəmbər ﷺ yenə: “Xeyr!”, - dedi. O dedi: “Bəs üçdəbirini?” Peyğəmbər ﷺ buyurdu: “Üçdəbirini... Üçdəbiri də çoxdur. Çünki varislərini varlı buraxmağın insanlara əl açacaq vəziyyətdə buraxmağından daha xeyirlidir”.”
İstinad
Nəsəi, 3628 (Vəsiyyətlər, 18)
Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı