Vəsiyyətlər kitabı

Var-dövlətin üçdəbirini vəsiyyət etmək

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْكَبِيرِ بْنُ عَبْدِ الْمَجِيدِ ، قَالَ : حَدَّثَنَا بُكَيْرُ بْنُ مِسْمَارٍ ، قَالَ : سَمِعْتُ عَامِرَ بْنَ سَعْدٍ ، عَنْ أَبِيهِ : أَنَّهُ اشْتَكَى بِمَكَّةَ فَجَاءَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَلَمَّا رَآهُ سَعْدٌ بَكَى وَقَالَ : يَا رَسُولَ اللهِ ، أَمُوتُ بِالأَرْضِ الَّتِي هَاجَرْتُ مِنْهَا ، قَالَ : لاَ إِنْ شَاءَ اللَّهُ ، وَقَالَ : يَا رَسُولَ اللهِ ، أُوصِي بِمَالِي كُلِّهِ فِي سَبِيلِ اللهِ ؟ قَالَ : لاَ ، قَالَ : يَعْنِي بِثُلُثَيْهِ ؟ قَالَ : لاَ ، قَالَ : فَنِصْفَهُ ، قَالَ : لاَ ، قَالَ : فَثُلُثَهُ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : الثُّلُثَ ، وَالثُّلُثُ كَثِيرٌ ، إِنَّكَ أَنْ تَتْرُكَ بَنِيكَ أَغْنِيَاءَ خَيْرٌ مِنْ أَنْ تَتْرُكَهُمْ عَالَةً يَتَكَفَّفُونَ النَّاسَ.

“Amir ibn Səd ﵀ rəvayət edir ki, atası Məkkədə xəstə yatırdı. Səd Allah Elçisinin ﷺ gəldiyini gördükdə ağlamağa başladı və dedi: “Ey Allahın Elçisi, vaxtilə hicrət etdiyim yerdə öləcəyəm”. Allah Elçisi buyurdu: “Xeyr, Allahın izni ilə!” Səd dedi: “Ey Allahın Elçisi, mən bütün var-dövlətimi Allah yolunda sədəqə etməyə vəsiyyət edə bilərəmmi?” Peyğəmbər ﷺ: “Xeyr!”, - dedi. O dedi: “Bəs üçdəikisini?” Peyğəmbər ﷺ yenə: “Xeyr!”, - dedi. O dedi: “Bəs yarısını?” Peyğəmbər ﷺ yenə: “Xeyr!”, - dedi. O dedi: “Bəs üçdəbirini?” Peyğəmbər ﷺ buyurdu: “Üçdəbirini... Üçdəbiri də çoxdur. Çünki varislərini varlı buraxmağın insanlara əl açacaq vəziyyətdə buraxmağından daha xeyirlidir”.”

Amir ibn Səd
Səhih

İstinad

Nəsəi, 3630 (Vəsiyyətlər, 20)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı