Var-dövlətin üçdəbirini vəsiyyət etmək
أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا بْنِ دِينَارٍ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ شَيْبَانَ ، عَنْ فِرَاسٍ ، عَنِ الشَّعْبِيِّ ، قَالَ : حَدَّثَنِي جَابِرُ بْنُ عَبْدِ اللهِ : أَنَّ أَبَاهُ اسْتُشْهِدَ يَوْمَ أُحُدٍ وَتَرَكَ سِتَّ بَنَاتٍ وَتَرَكَ عَلَيْهِ دَيْنًا ، فَلَمَّا حَضَرَ جِدَادُ النَّخْلِ أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقُلْتُ : قَدْ عَلِمْتَ أَنَّ وَالِدِي اسْتُشْهِدَ يَوْمَ أُحُدٍ وَتَرَكَ دَيْنًا كَثِيرًا ، وَإِنِّي أُحِبُّ أَنْ يَرَاكَ الْغُرَمَاءُ . قَالَ : اذْهَبْ فَبَيْدِرْ كُلَّ تَمْرٍ عَلَى نَاحِيَةٍ ، فَفَعَلْتُ ثُمَّ دَعَوْتُهُ ، فَلَمَّا نَظَرُوا إِلَيْهِ كَأَنَّمَا أُغْرُوا بِي تِلْكَ السَّاعَةَ ، فَلَمَّا رَأَى مَا يَصْنَعُونَ أَطَافَ حَوْلَ أَعْظَمِهَا بَيْدَرًا ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ جَلَسَ عَلَيْهِ ، ثُمَّ قَالَ : ادْعُ أَصْحَابَكَ ، فَمَا زَالَ يَكِيلُ لَهُمْ حَتَّى أَدَّى اللَّهُ أَمَانَةَ وَالِدِي ، وَأَنَا رَاضٍ أَنْ يُؤَدِّيَ اللَّهُ أَمَانَةَ وَالِدِي لَمْ تَنْقُصْ تَمْرَةً وَاحِدَةً.
“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, onun babası Uhud döyüşündə şəhid edilmişdi. Özündən sonra altı qızı və xeyli borcu qalmışdı. Cabir deyir: “Xurma toplama vaxtı gəldikdə Allah Elçisinin ﷺ yanına gələrək dedim: “Atamın Uhud döyüşündə şəhid olduğunu və çoxlu borc qoyub getdiyini bilirsən. Mən də bu borcların öhdəsindən gələ bilməyəcəyimi düşünürəm. Bu səbəblə də həmin borc sahiblərinin səninlə görüşmələrini istəyirəm”. Allah Elçisi ﷺ buyurdu: “Get hər növ xurmanı ayrı-ayrı yığ, sonra mənə xəbər ver”. Mən də Allah Elçisinin ﷺ dediyi kimi etdim, sonra da onu çağırdım. Borc yiyələri Allah Elçisini ﷺ gördükdə istəklərindəki israrı bir az da artırdılar. Allah Elçisi ﷺ onların bu hərəkətlərini gördükdə ən böyük xurma topasının ətrafında üç dəfə fırlandı və topanın yanında oturdu, sonra: “Borc yiyələrini çağır!”, - dedi. Allah Elçisi ﷺ onlara ölçə-ölçə xurma verdi və Allah atamın borcunu ödətdirdi. Mən: “Allah mənə atamın borcunu ödəməyi nəsib etsin, mənə və bacılarıma bir xurma qalmasa belə, buna razı olaram”, - deyirdim. Halbuki borcların hamısı ödəndi və yığdığım xurma topalarından bir xurma əskilməmiş kimi idi”.”
İstinad
Nəsəi, 3636 (Vəsiyyətlər, 26)
Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı