Vəsiyyətlər kitabı

Yaxın qohumlara vəsiyyət edildikdə...

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ عُمَيْرٍ ، عَنْ مُوسَى بْنِ طَلْحَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : لَمَّا نَزَلَتْ وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ دَعَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قُرَيْشًا فَاجْتَمَعُوا ، فَعَمَّ وَخَصَّ ، فَقَالَ : يَا بَنِي كَعْبِ بْنِ لُؤَيٍّ ، يَا بَنِي مُرَّةَ بْنِ كَعْبٍ ، يَا بَنِي عَبْدِ شَمْسٍ ، وَيَا بَنِي عَبْدِ مَنَافٍ ، وَيَا بَنِي هَاشِمٍ ، وَيَا بَنِي عَبْدِ الْمُطَّلِبِ ، أَنْقِذُوا أَنْفُسَكُمْ مِنَ النَّارِ ، وَيَا فَاطِمَةُ أَنْقِذِي نَفْسَكِ مِنَ النَّارِ ، إِنِّي لاَ أَمْلِكُ لَكُمْ مِنَ اللهِ شَيْئًا غَيْرَ أَنَّ لَكُمْ رَحِمًا سَأَبُلُّهَا بِبِلاَلِهَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqda Allah Elçisi ﷺ Qureyş tayfasını çağırdı. Onlar toplandıqda onlara ümumən və tək-tək buyurdu: “Ey Bəni Kəb ibn Luey tayfası! Ey Bəni Murra ibn Kəb tayfası! Ey Bəni Abdi-Şəms tayfası! Ey Bəni Abdi-Mənaf tayfası! Ey Bəni Haşim tayfası! Ey Bəni Abdul-Muttalib tayfası! Özünüzü oddan qoruyun! Ey Fatimə, özünü oddan qoru! Çünki mən Allahın əmri qarşısında sizə heç nə kömək edə bilməyəcəyəm. Yalnız qohumluq haqqı var ki, mən o bağlılığa görə sizinlə bağlıyam”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 3644 (Vəsiyyətlər, 34)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı