Yaxın qohumlara vəsiyyət edildikdə...
أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : أَخْبَرَنِي سَعِيدُ بْنُ الْمُسَيَّبِ ، وَأَبُو سَلَمَةَ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ حِينَ أُنْزِلَ عَلَيْهِ {وَأَنْذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ} ، قَالَ : يَا مَعْشَرَ قُرَيْشٍ اشْتَرُوا أَنْفُسَكُمْ مِنَ اللهِ ، لاَ أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا ، يَا بَنِي عَبْدِ الْمُطَّلِبِ ، لاَ أُغْنِي عَنْكُمْ مِنَ اللهِ شَيْئًا ، يَا عَبَّاسُ بْنَ عَبْدِ الْمُطَّلِبِ ، لاَ أُغْنِي عَنْكَ مِنَ اللهِ شَيْئًا ، يَا صَفِيَّةُ عَمَّةَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، لاَ أُغْنِي عَنْكِ مِنَ اللهِ شَيْئًا ، يَا فَاطِمَةُ بِنْتَ مُحَمَّدٍ ، سَلِينِي مَا شِئْتِ ، لاَ أُغْنِي عَنْكِ مِنَ اللهِ شَيْئًا.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Ən yaxın qohumlarını qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqda Allah Elçisi ﷺ buyurdu: “Ey Qureyş toplumu! Özünüzü Allahın əzabından qoruyun! Çünki mən Allahın əzabından heç nəyin qarşısını ala bilməyəcəyəm. Ey Bəni Abdul-Muttalib tayfası! Özünüzü Allahın əzabından qoruyun! Ey Abbas ibn Abdul-Muttalib! Mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm. Ey Allah Elçisinin ﷺ bibisi Safiyyə! Mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm. Ey Muhəmmədin qızı Fatimə! Məndən (dünyada) nə istəyirsən, dilə, çünki (axirətdə) mən səni Allahın əzabından xilas edə bilməyəcəyəm”.”
İstinad
Nəsəi, 3646 (Vəsiyyətlər, 36)
Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı