Vəsiyyətlər kitabı

Qəflətən vəfat edənin ailəsi onun adından sədəqə verə bilərmi?

أَنْبَأَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، عَنْ مَالِكٍ ، عَنْ سَعِيدِ بْنِ عَمْرِو بْنِ شُرَحْبِيلَ بْنِ سَعِيدِ بْنِ سَعْدِ بْنِ عُبَادَةَ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : خَرَجَ سَعْدُ بْنُ عُبَادَةَ مَعَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي بَعْضِ مَغَازِيهِ ، وَحَضَرَتْ أُمَّهُ الْوَفَاةُ بِالْمَدِينَةِ ، فَقِيلَ لَهَا : أَوْصِي ، فَقَالَتْ : فِيمَ أُوصِي ؟ الْمَالُ مَالُ سَعْدٍ ، فَتُوُفِّيَتْ قَبْلَ أَنْ يَقْدَمَ سَعْدٌ ، فَلَمَّا قَدِمَ سَعْدٌ ذُكِرَ ذَلِكَ لَهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، هَلْ يَنْفَعُهَا أَنْ أَتَصَدَّقَ عَنْهَا ؟ فَقَالَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : نَعَمْ ، فَقَالَ سَعْدٌ : حَائِطُ كَذَا وَكَذَا صَدَقَةٌ عَنْهَا ، لِحَائِطٍ سَمَّاهُ.

“Səid ibn Amr ibn Şurahbil ibn Səid ibn Səd ibn Ubadə atasının və babasının ﵁ belə dediyini rəvayət etmişdir: “Səd ibn Ubadə Peyğəmbər ﷺ ilə birgə hansısa döyüşə çıxmışdı. Bu arada anası Mədinədə ölüm ayağında idi və ona deyildi: “Vəsiyyət et!” O dedi: “Nə vəsiyyət edə bilərəm ki, hər şey Sədindir”. O, Səd gəlməmişdən qabaq vəfat etdi. Səd Mədinəyə gəldikdə hadisə ona danışıldı. Səd dedi: “Ey Allahın Elçisi, əgər anamın adından sədəqə versəm, ona faydası olarmı?” Peyğəmbər ﷺ: “Bəli!”, - buyurdu. Səd də: “Bu və bu”, - deyərək bağçalarının adını çəkdi və: “Anam üçün sədəqədir”, - dedi.”

Səid ibn Amr ibn Şurahbil ibn Səid ibn Səd ibn Ubadə atasından və babasından
Səhih

İstinad

Nəsəi, 3650 (Vəsiyyətlər, 40)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı