Vəsiyyətlər kitabı

Vəfat edənin adından sədəqə vermək

أَخْبَرَنَا مُوسَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عَبْدِ الْمَلِكِ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرٍو ، عَنْ أَبِي سَلَمَةَ ، عَنِ الشَّرِيدِ بْنِ سُوَيْدٍ الثَّقَفِيِّ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقُلْتُ : إِنَّ أُمِّي أَوْصَتْ أَنْ تُعْتَقَ عَنْهَا رَقَبَةٌ ، وَإِنَّ عِنْدِي جَارِيَةً نُوبِيَّةً أَفَيُجْزِئُ عَنِّي أَنْ أُعْتِقَهَا عَنْهَا ؟ قَالَ : ائْتِنِي بِهَا ، فَأَتَيْتُهُ بِهَا ، فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ رَبُّكِ ؟ قَالَتْ : اللَّهُ ، قَالَ : مَنْ أَنَا ؟ قَالَتْ : أَنْتَ رَسُولُ اللهِ ، قَالَ : فَأَعْتِقْهَا فَإِنَّهَا مُؤْمِنَةٌ.

“Rəvayət edilir ki, əş-Şureyd ibn Suveyd əs-Səqafi ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gəlib dedim: “Anam vəfat etmədən onun adından bir kölə azad etməyi vəsiyyət etdi. İndi mənim nubiyalı bir cariyə (qadın kölə) var. Bu cariyəni onun adından azad etməklə üzərimdəki borcu ödəmiş sayıla bilərəmmi?” Peyğəmbər ﷺ buyurdu: “O cariyəni mənim yanıma gətir!” Mən onu gətirdim və Peyğəmbər ﷺ ona dedi: “Rəbbin kimdir?” Cariyə dedi: “Allah!” Peyğəmbər ﷺ dedi: “Bəs mən kiməm?” Cariyə dedi: “Sən Allahın Elçisisən!” Allah Elçisi ﷺ buyurdu: “Onu azad et! O, mömindir”.”

əş-Şureyd ibn Suveyd əs-Səqafi
Həsən

İstinad

Nəsəi, 3653 (Vəsiyyətlər, 43)

Sunən ən-Nəsəi — Vəsiyyətlər kitabı