Numan ibn Bəşirin bağışlamaq hədisi haqda olan ixtilaf
أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا أَبُو حَيَّانَ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ النُّعْمَانِ ، قَالَ : سَأَلَتْ أُمِّي أَبِي بَعْضَ الْمَوْهِبَةِ فَوَهَبَهَا لِي ، فَقَالَتْ : لاَ أَرْضَى حَتَّى أُشْهِدَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : فَأَخَذَ أَبِي بِيَدِي وَأَنَا غُلاَمٌ ، فَأَتَى رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّ أُمَّ هَذَا ابْنَةَ رَوَاحَةَ طَلَبَتْ مِنِّي بَعْضَ الْمَوْهِبَةِ ، وَقَدْ أَعْجَبَهَا أَنْ أُشْهِدَكَ عَلَى ذَلِكَ ، قَالَ : يَا بَشِيرُ ، أَلَكَ ابْنٌ غَيْرُ هَذَا ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَوَهَبْتَ لَهُ مِثْلَ مَا وَهَبْتَ لِهَذَا ؟ قَالَ : لاَ ، قَالَ : فَلاَ تُشْهِدْنِي إِذًا ، فَإِنِّي لاَ أَشْهَدُ عَلَى جَوْرٍ.
“Rəvayət edilir ki, Numan ﵁ demişdir: “Anam atamdan bəzi şeyləri mənə bağışlamasını istədi, atam da onları mənə bağışladı. Amma anam dedi: “Allah Elçisini ﷺ şahid tutmayana qədər buna razı olmaram”. Atam əlimdən tutaraq məni Allah Elçisinin ﷺ yanına gətirdi. O vaxtlar mən uşaq idim. Atam dedi: “Ey Allahın Elçisi, bu uşağın anası - Ravahanın qızı bu uşağa bir şey bağışlamamı və etdiyim bağışlamaya səni şahid tutmağımı istədi”. Allah Elçisi ﷺ buyurdu: “Ey Bəşir! Sənin bu uşaqdan başqa uşaqların varmı?” O: “Bəli!”, - dedi. Allah Elçisi ﷺ buyurdu: “Bu oğluna verdiyin kimi, onlara da bir şey verdinmi?” Bəşir: “Xeyr!”, - dedikdə Allah Elçisi ﷺ buyurdu: “Onda məni şahid tutma! Mən ədalətsizlik olan bir işdə şahidlik edə bilmərəm”.”
İstinad
Nəsəi, 3682 (Hədiyyə, 11)
Sunən ən-Nəsəi — Hədiyyə kitabı