Valideynin övladına verdiyi şeyi geri götürməsi və bu haqda olan ixtilaf
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ حُسَيْنٍ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، قَالَ : حَدَّثَنِي طَاوُوسٌ ، عَنْ ابْنِ عُمَرَ ، وَابْنِ عَبَّاسٍ ، يَرْفَعَانِ الْحَدِيثَ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، قَالَ : لاَ يَحِلُّ لِرَجُلٍ يُعْطِي عَطِيَّةً ثُمَّ يَرْجِعُ فِيهَا إِلاَّ الْوَالِدَ فِيمَا يُعْطِي وَلَدَهُ ، وَمَثَلُ الَّذِي يُعْطِي عَطِيَّةً ثُمَّ يَرْجِعُ فِيهَاكَمَثَلِ الْكَلْبِ أَكَلَ حَتَّى إِذَا شَبِعَ قَاءَ ثُمَّ عَادَ فِي قَيْئِهِ.
“Rəvayət edilir ki, İbn Ömər və İbn Abbas ﵃ Peyğəmbərə ﷺ nisbət edərək demişlər: “Heç kimə verdiyi hədiyyəni geri götürməsi halal deyil. Yalnız ata övladına verdiyi şeyi geri qaytara bilər. Bir hədiyyə verib, sonra onu geri götürən adam, doyana qədər yeyib qusan, sonra da qusduğunun yanına qayıdan (yeyən) köpəyin misalı kimidir”.”
İstinad
Nəsəi, 3690 (Bağışlamaq, 3)
Sunən ən-Nəsəi — Bağışlamaq kitabı