əl-Umra kitabı

Cabirin “əl-Umra” hədisi haqda olan ixtilaf

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ صُدْرَانَ ، عَنْ بِشْرِ بْنِ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا الْحَجَّاجُ الصَّوَّافُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، قَالَ : حَدَّثَنَا جَابِرٌ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : يَا مَعْشَرَ الأَنْصَارِ ، أَمْسِكُوا عَلَيْكُمْ - يَعْنِي أَمْوَالَكُمْ - لاَ تُعْمِرُوهَا ، فَإِنَّهُ مَنْ أَعْمَرَ شَيْئًا فَإِنَّهُ لِمَنْ أُعْمِرَهُ حَيَاتَهُ وَمَمَاتَهُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ey ənsar toplumu! Mallarınızı özünüzdə saxlayın, onu Umra yolu ilə verməyin! Çünki kim Umra yolu ilə başqasına bir şey verərsə, o mal yaşadığı və vəfat etdiyi müddətdə Umra ilə verilən adamındır”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 3736 (əl-Umra, 17)

Sunən ən-Nəsəi — əl-Umra kitabı