Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf
أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، عَنْ عُبَيْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا إِسْرَائِيلُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُهَاجِرٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، قَالَ : مَرَّ النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَلَى أَرْضِ رَجُلٍ مِنَ الأَنْصَارِ قَدْ عَرَفَ أَنَّهُ مُحْتَاجٌ ، فَقَالَ : لِمَنْ هَذِهِ الأَرْضُ ؟ قَالَ : لِفُلاَنٍ ، أَعْطَانِيهَا بِالأَجْرِ ، فَقَالَ : لَوْ مَنَحَهَا أَخَاهُ فَأَتَى رَافِعٌ الأَنْصَارَ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، نَهَاكُمْ عَنْ أَمْرٍ كَانَ لَكُمْ نَافِعًا ، وَطَاعَةُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْفَعُ لَكُمْ.
“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ ənsardan bir kasıb adamın yanından keçərkən ona dedi: “Bu ərazi kimindir?” O da dedi: “Bura filankəsindir və mənə zəhmət haqqı müqabilində kirayə verib”. Allah Elçisi ﷺ buyurdu: “Kaş qardaşına əvəzsiz olaraq verəydi!” Rafi ənsarın yanına gəlib dedi: “Allah Elçisi ﷺ sizə fayda verən bir şeyi qadağan etdi. Allah Elçisinə ﷺ itaət etmək daha xeyirlidir”.”
İstinad
Nəsəi, 3869 (Yardarlıq, 13)
Sunən ən-Nəsəi — Yardarlıq kitabı