Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ عَدِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : كَانَ طَاوُوسٌ ، يَكْرَهُ أَنْ يُؤَاجِرَ أَرْضَهُ بِالذَّهَبِ وَالْفِضَّةِ ، وَلاَ يَرَى بِالثُّلُثِ وَالرُّبُعِ بَأْسًا ، فَقَالَ لَهُ مُجَاهِدٌ : اذْهَبْ إِلَى ابْنِ رَافِعِ بْنِ خَدِيجٍ فَاسْمَعْ مِنْهُ حَدِيثَهُ ، فَقَالَ : إِنِّي وَاللَّهِ لَوْ أَعْلَمُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنْهُ مَا فَعَلْتُهُ ، وَلَكِنْ حَدَّثَنِي مَنْ هُوَ أَعْلَمُ مِنْهُ ابْنُ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ إِنَّمَا قَالَ : لأَنْ يَمْنَحَ أَحَدُكُمْ أَخَاهُ أَرْضَهُ خَيْرٌ مِنْ أَنْ يَأْخُذَ عَلَيْهَا خَرَاجًا مَعْلُومًا وَقَدِ اخْتُلِفَ عَلَى عَطَاءٍ فِي هَذَا الْحَدِيثِ ، فَقَالَ عَبْدُ الْمَلِكِ بْنُ مَيْسَرَةَ : عَنْ عَطَاءٍ ، عَنْ رَافِعٍ ، وَقَدْ تَقَدَّمَ ذِكْرُنَا لَهُ ، وَقَالَ عَبْدُ الْمَلِكِ بْنُ أَبِي سُلَيْمَانَ : عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ.
“Rəvayət edilir ki, Amr ibn Dinar ﵀ demişdir: “Tavus sahəni qızıl və gümüş müqabilində kirayə verməyi yaxşı bir şey saymaz və məhsulun üçdəbiri və ya dörddəbiri müqabilində kirayələməkdə bir müşkül görməzdi. Mücahid ona: “Rafi ibn Xadicin yanına get və ondan bu məsələ haqda olan hədisi dinlə”, - dedikdə Tavus dedi: “Allaha and olsun ki, Allah Elçisinin ﷺ bunu qadağan etdiyini bilsəm, etmərəm, lakin Rafi ibn Xadicdən daha elmli olan İbn Abbas Allah Elçisinin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Tarlasını mömin qardaşına əvəzsiz vermək hər hansı bir əvəzlə verməkdən daha xeyirlidir”.”
İstinad
Nəsəi, 3873 (Yardarlıq, 17)
Sunən ən-Nəsəi — Yardarlıq kitabı