Yardarlıq kitabı

Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ أَبِي جَعْفَرٍ الْخَطْمِيِّ وَاسْمُهُ عُمَيْرُ بْنُ يَزِيدَ ، قَالَ : أَرْسَلَنِي عَمِّي وَغُلاَمًا لَهُ إِلَى سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَسْأَلُهُ عَنِ الْمُزَارَعَةِ ؟ فَقَالَ : كَانَ ابْنُ عُمَرَ ، لاَ يَرَى بِهَا بَأْسًا ، حَتَّى بَلَغَهُ عَنْ رَافِعِ بْنِ خَدِيجٍ حَدِيثٌ فَلَقِيَهُ ، فَقَالَ رَافِعٌ : أَتَى النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَنِي حَارِثَةَ فَرَأَى زَرْعًا ، فَقَالَ : مَا أَحْسَنَ زَرْعَ ظُهَيْرٍ ؟ فَقَالُوا : لَيْسَ لِظُهَيْرٍ ، فَقَالَ : أَلَيْسَ أَرْضُ ظُهَيْرٍ ؟ قَالُوا : بَلَى ، وَلَكِنَّهُ أَزْرَعَهَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : خُذُوا زَرْعَكُمْ وَرُدُّوا إِلَيْهِ نَفَقَتَهُ ، قَالَ : فَأَخَذْنَا زَرْعَنَا ، وَرَدَدْنَا إِلَيْهِ نَفَقَتَهُ وَرَوَاهُ طَارِقُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ سَعِيدٍ وَاخْتُلِفَ عَلَيْهِ فِيهِ.

“Rəvayət edilir ki, Umeyr ibn Yəzid ﵀ demişdir: “Əmim məni xidmətçisi ilə birlikdə Səid ibn əl-Museyyibin yanına tarlanı kirayə verməyin (muzəraanın) hökmünü soruşmaq üçün göndərdi. Səid dedi: “Rafi ibn Xədicin bu hədisini eşidənə qədər İbn Ömər bunun bir müşkülünün olmadığı rəyində idi. Rafi dedi: “Peyğəmbər ﷺ Bəni Harisə tayfasının bağçasına gəldi və əkin sahələrini gördükdə dedi: “Zuheyrin əkinləri necə də gözəldir!” Orada olanlar dedilər: “Bura Zuheyrin deyil”. Peyğəmbər ﷺ buyurdu: “Məgər bura Zuheyrin tarlası deyilmi?” Onlar dedilər: “Onundur, lakin onu başqasına kirayə verib”. Allah Elçisi ﷺ buyurdu: “Tarlanızdakı məhsulları yığın, kirayə verdiyiniz xərci də ödəyin”. Tarla yiyələri dedilər: “Biz də məhsullarımızı alıb kirayəyə verdiyimiz xərci ödədik”.”

Umeyr ibn Yəzid
Səhih

İstinad

Nəsəi, 3889 (Yardarlıq, 33)

Sunən ən-Nəsəi — Yardarlıq kitabı