Yardarlıq kitabı

Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنِي عَمِّي ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ مُحَمَّدِ بْنِ عِكْرِمَةَ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ابْنِ لَبِيبَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ سَعْدِ بْنِ أَبِي وَقَّاصٍ قَالَ : كَانَ أَصْحَابُ الْمَزَارِعِ يُكْرُونَ فِي زَمَانِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ مَزَارِعَهُمْ بِمَا يَكُونُ عَلَى السَّاقِي ، مِنَ الزَّرْعِ ، فَجَاؤُوا رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَاخْتَصَمُوا فِي بَعْضِ ذَلِكَ ، فَنَهَاهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنْ يُكْرُوا بِذَلِكَ ، وَقَالَ : أَكْرُوا بِالذَّهَبِ وَالْفِضَّةِ وَقَدْ رَوَى هَذَا الْحَدِيثَ سُلَيْمَانُ ، عَنْ رَافِعٍ فَقَالَ : عَنْ رَجُلٍ مِنْ عُمُومَتِهِ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ demişdir: “Allah Elçisinin ﷺ dövründə tarla yiyələri sucaq bölgənin məhsulu yiyələrin özlərinə qalmaq şərti ilə tarlalarını kirayə verirdilər. Onlar aralarında olan anlaşılmazlığı həll etmək üçün Allah Elçisinin ﷺ yanına gəldilər. Allah Elçisi ﷺ də bunu qadağan etdi və buyurdu: “Qızıl və gümüşlə kirayələyin!””

Səd ibn Əbu Vaqqas
Həsən

İstinad

Nəsəi, 3894 (Yardarlıq, 38)

Sunən ən-Nəsəi — Yardarlıq kitabı