Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf
أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، عَنْ سَعِيدٍ ، عَنْ يَعْلَى بْنِ حَكِيمٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، أَنَّ رَافِعَ بْنَ خَدِيجٍ قَالَ : كُنَّا نُحَاقِلُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَزَعَمَ أَنَّ بَعْضَ عُمُومَتِهِ أَتَاهُ ، فَقَالَ : نَهَانِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ أَمْرٍ كَانَ لَنَا نَافِعًا وَطَوَاعِيَةُ اللهِ وَرَسُولِهِ أَنْفَعُ لَنَا ، قُلْنَا : وَمَا ذَاكَ ؟ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : مَنْ كَانَتْ لَهُ أَرْضٌ ، فَلْيَزْرَعْهَا ، أَوْ لِيُزْرِعْهَا أَخَاهُ ، وَلاَ يُكَارِيهَا بِثُلُثٍ ، وَلاَ رُبُعٍ ، وَلاَ طَعَامٍ مُسَمًّى رَوَاهُ حَنْظَلَةُ بْنُ قَيْسٍ ، عَنْ رَافِعٍ ، فَاخْتَلَفَ عَلَى رَبِيعَةَ فِي رِوَايَتِهِ.
“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə tarlalarımızı kirayə verərdik. Bir gün əmilərimdən biri gələrək dedi: “Allah Elçisi ﷺ bizə faydalı olan bir şeyi qadağan etdi. Allaha və Onun Elçisinə ﷺ itaət etmək bizə daha xeyirlidir”. Biz dedik: “O nədir elə?” O dedi: “Allah Elçisi ﷺ buyurdu: “Kimin tarlası varsa, onu ya özü əksin, ya da əkməsi üçün (din) qardaşına versin. Tarladan çıxan məhsulun üçdəbiri, dörddəbiri və ya razılaşdırılan müəyyən bir miqdarının əvəzində kirayə verməsin”.”
İstinad
Nəsəi, 3897 (Yardarlıq, 41)
Sunən ən-Nəsəi — Yardarlıq kitabı