Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf
أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، فِي حَدِيثِهِ ، عَنْ حَمَّادِ بْنِ زَيْدٍ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ حَنْظَلَةَ بْنِ قَيْسٍ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ قَالَ : نَهَانَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنْ كِرَاءِ أَرْضِنَا ، وَلَمْ يَكُنْ يَوْمَئِذٍ ذَهَبٌ وَلاَ فِضَّةٌ ، فَكَانَ الرَّجُلُ يُكْرِي أَرْضَهُ ، بِمَا عَلَى الرَّبِيعِ وَالأَقْبَالِ ، وَأَشْيَاءَ مَعْلُومَةٍ وَسَاقَهُ رَوَاهُ سَالِمُ بْنُ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ ، وَاخْتُلِفَ عَلَى الزُّهْرِيِّ فِيهِ.
“Rəvayət edilir ki, Rafi ibn Xadic ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə tarlanı kirayə götürməyi qadağan etdi. O vaxtlar qızıl və gümüşlə kirayə yer götürmək yox idi. Ərazinin yiyəsi öz sahəsinin su kənarı və arxların yanında bitən məhsuldan bəlli bir miqdar qarşılığında tarlanı kirayə verirdi”.”
İstinad
Nəsəi, 3902 (Yardarlıq, 46)
Sunən ən-Nəsəi — Yardarlıq kitabı