Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَاعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ ، قَالَ : أَنْبَأَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، كَانَ ابْنُ عُمَرَ يَأْخُذُ كِرَاءَ الأَرْضِ ، فَبَلَغَهُ ، عَنْ رَافِعِ بْنِ خَدِيجٍ شَيْءٌ ، فَأَخَذَ بِيَدِي فَمَشَى إِلَى رَافِعٍ وَأَنَا مَعَهُ ، فَحَدَّثَهُ رَافِعٌ ، عَنْ بَعْضِ عُمُومَتِهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ نَهَى عَنْ كِرَاءِ الأَرْضِ فَتَرَكَ عَبْدُ اللهِ بَعْدُ.
“Nafi ﵀ rəvayət edir ki, İbn Ömər sahələrini kirayə verirdi. Ona Rafi ibn Xədicdən bəzi şeylər çatdıqda mənim əlimdən tutdu və birgə Rafinin yanına getdik. Rafi əmilərindən bəzisinin Allah Elçisinin ﷺ sahəni kirayə etməyi qadağan etdiyini dediklərini söylədi. Abdullah da həmin gündən sahəni kirayə etməkdən uzaqlaşdı.”
İstinad
Nəsəi, 3909 (Yardarlıq, 53)
Sunən ən-Nəsəi — Yardarlıq kitabı