Yardarlıq kitabı

Ərazini (məhsulun) üçdəbir və ya dörddəbirinə görə kirayələmək və bu xəbər haqda olan ixtilaf

أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ بْنِ أَعْيَنَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، عَنْ أَبِيهِ ، عَنْ كَثِيرِ بْنِ فَرْقَدٍ ، عَنْ نَافِعٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ كَانَ يُكْرِي الْمَزَارِعَ ، فَحُدِّثَ أَنَّ رَافِعَ بْنَ خَدِيجٍ ، يَأْثُرُ عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى عَنْ ذَلِكَ ، قَالَ نَافِعٌ فَخَرَجَ إِلَيْهِ عَلَى الْبَلاَطِ وَأَنَا مَعَهُ فَسَأَلَهُ ، فَقَالَ : نَعَمْ ، نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، عَنْ كِرَاءِ الْمَزَارِعِ فَتَرَكَ عَبْدُ اللهِ كِرَاءَهَا.

“Nafi ﵀ rəvayət edir ki, Abdullah ibn Ömər sahələrini yardarlıq yolu ilə kirayə verirdi. Ona Rafi ibn Xədicin “Allah Elçisi ﷺ bunu qadağan etmişdir” hədisi çatdı. Nafi deyir: “İbn Ömər məni özü ilə apardı və “əl-Bəlat” adlı (hündür) yerdə oturan Rafinin yanına gəldik. Bunu ondan soruşduqda Rafi dedi: “Bəli, Allah Elçisi ﷺ tarlanı yardarlıq üsulu ilə kirayə verməyi qadağan etmişdir”. Abdullah da ərazini bu yol ilə kirayə verməyi tərk etdi.”

Nafi
Səhih

İstinad

Nəsəi, 3912 (Yardarlıq, 56)

Sunən ən-Nəsəi — Yardarlıq kitabı