Qadınlarla yaxşı davranmaq kitabı

Qısqanclıq

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، أَنَّهُ سَمِعَ عُبَيْدَ بْنَ عُمَيْرٍ يَقُولُ : سَمِعْتُ عَائِشَةَ ، تَزْعُمُ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَانَ يَمْكُثُ عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ فَيَشْرَبُ عِنْدَهَا عَسَلاً ، فَتَوَاصَيْتُ أَنَا وَحَفْصَةُ أَنَّ أَيَّتُنَا دَخَلَ عَلَيْهَا النَّبِيُّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَلْتَقُلْ : إِنِّي أَجِدُ مِنْكَ رِيحَ مَغَافِيرَ أَكَلْتَ مَغَافِيرَ ، فَدَخَلَ عَلَى إِحْدَاهُمَا ، فَقَالَتْ : ذَلِكَ لَهُ ، فَقَالَ : لاَ ، بَلْ شَرِبْتُ عَسَلاً عِنْدَ زَيْنَبَ بِنْتِ جَحْشٍ ، وَلَنْ أَعُودَ لَهُ فَنَزَلَتْ : {يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ} {إِنْ تَتُوبَا إِلَى اللَّهِ} لِعَائِشَةَ وَحَفْصَةَ وَ {إِذْ أَسَرَّ النَّبِيُّ إِلَى بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا} لِقَوْلِهِ : بَلْ شَرِبْتُ عَسَلاً.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Zeynəb bint Cəhşin yanında qaldıqda bal içərdi. Biz Həfsə ilə məsləhətləşərək belə qərara gəldik ki, Peyğəmbər ﷺ hər birimizin yanına gəldikdə ona: “Səndən məğafiriyi gəldiyini hiss edirəm, sən məğafir yemisən?”, - deyək. Peyğəmbər ﷺ onlardan birinin yanına daxil olduqda zövcəsi bunu ona dedi. O isə: “Xeyr, mən sadəcə Zeynəb bint Cəhşin yanında qaldıqda bal içmişəm və bir daha buna qayıtmaram”, - deyə cavab verdi. Sonra bu ayələr nazil oldu: “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi”- “Mən bal içmişəm”- dedi - “O bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: ”Bunu mənə hər şeyi Bilən, Xəbərdar olan Allah xəbər verdi!” Əgər ikiniz də” - Aişə və Həfsə - “Allaha tövbə etsəniz, yaxşı olar...”. (ət-Təhrim, 1-4)”.”

Aişə
Səhih

İstinad

Nəsəi, 3958 (Qadınlarla davranış, 20)

Sunən ən-Nəsəi — Qadınlarla yaxşı davranmaq kitabı