Qan tökmənin haramlığı kitabı

Qan tökmənin haramlığı

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ نُعَيْمٍ قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ ، عَنْ حُمَيْدٍ الطَّوِيلِ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، فَإِذَا شَهِدُوا أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ ، وَاسْتَقْبَلُوا قِبْلَتَنَا ، وَأَكَلُوا ذَبِيحَتَنَا ، وَصَلَّوْا صَلاَتَنَا ، فَقَدْ حَرُمَتْ عَلَيْنَا دِمَاؤُهُمْ ، وَأَمْوَالُهُمْ ، إِلاَّ بِحَقِّهَا لَهُمْ مَا لِلْمُسْلِمِينَ وَعَلَيْهِمْ مَا عَلَيْهِمْ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mən insanlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd Allahın elçisidir” şəhadətini edənə qədər onlarla vuruşmaqla əmr olundum. Əgər onlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd Allahın elçisidir” şəhadətini desələr, bizim qibləmizə yönəlsələr, kəsdiyimiz heyvanın ətini yesələr, bizim kimi namaz qılsalar, haqq istisna olmaqla, qanlarını və mallarını artıq bizdən qorumuş olarlar. Onlar üçün müsəlmanlara aid olan hüquqlar var, üzərlərində də müsəlmanların üzərində olan vəzifələr var”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 3967 (Qanın haramlığı, 2)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı