Qan tökmənin haramlığı
أَخْبَرَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، أَنَّ أَبَا هُرَيْرَةَ قَالَ : لَمَّا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ وَكَانَ أَبُو بَكْرٍ بَعْدَهُ ، وَكَفَرَ مَنْ كَفَرَ مِنَ الْعَرَبِ ، قَالَ عُمَرُ : يَا أَبَا بَكْرٍ ، كَيْفَ تُقَاتِلُ النَّاسَ وَقَدْ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ فَمَنْ قَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَقَدْ عَصَمَ مِنِّي مَالَهُ وَنَفْسَهُ ، إِلاَّ بِحَقِّهِ وَحِسَابُهُ عَلَى اللهِ عَزَّ وَجَلَّ قَالَ أَبُو بَكْرٍ : لأُقَاتِلَنَّ مَنْ فَرَّقَ بَيْنَ الصَّلاَةِ وَالزَّكَاةِ ، فَإِنَّ الزَّكَاةَ حَقُّ الْمَالِ فَوَاللَّهِ لَوْ مَنَعُونِي عَنَاقًا ، كَانُوا يُؤَدُّونَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ لَقَاتَلْتُهُمْ عَلَى مَنْعِهَا ، قَالَ عُمَرُ : فَوَاللَّهِ مَا هُوَ إِلاَّ أَنْ رَأَيْتُ اللَّهَ شَرَحَ صَدْرَ أَبِي بَكْرٍ لِلْقِتَالِ فَعَرَفْتُ أَنَّهُ الْحَقُّ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ vəfat etdikdə ondan sonra Əbu Bəkr xəlifə seçildi. Bu vaxt ərəblərdən bəziləri kafir oldular. Ömər dedi: “Ey Əbu Bəkr, sən insanlarla necə döyüşə bilərsən? Axı Allah Elçisi ﷺ belə buyurmuşdu: “Mən insanlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” deyənə qədər onlarla döyüşməklə əmr olundum. Kim “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” desə, haqq istisna olmaqla, məndən malını və canını qorumuş olar. Hesabları isə Allaha ﷿ aiddir”. Əbu Bəkr dedi: “Mən namazı zəkatdan ayıranlarla döyüşəcəyəm. Həqiqətən, zəkat malın haqqıdır. Allaha and olsun ki, əgər Allah Elçisinə ﷺ (zəkat olaraq) verdikləri bir oğlağı belə mənə zəkat olaraq verməsələr, onlarla döyüşəcəyəm”. Ömər deyir: “Allaha and olsun! Döyüşmək fikrini Əbu Bəkrin qəlbinə Allahın qoyduğunu və onun doğru yolda olduğunu bildim”.”
İstinad
Nəsəi, 3973 (Qanın haramlığı, 8)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı