Qan tökmənin haramlığı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ النُّعْمَانِ بْنِ سَالِمٍ قَالَ : سَمِعْتُ أَوْسًا يَقُولُ : أَتَيْتُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي وَفْدِ ثَقِيفٍ ، فَكُنْتُ مَعَهُ فِي قُبَّةٍ ، فَنَامَ مَنْ كَانَ فِي الْقُبَّةِ غَيْرِي وَغَيْرُهُ ، فَجَاءَ رَجُلٌ ، فَسَارَّهُ ، فَقَالَ : اذْهَبْ فَاقْتُلْهُ ، فَقَالَ : أَلَيْسَ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّي رَسُولُ اللهِ ؟ قَالَ : يَشْهَدُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : ذَرْهُ ثُمَّ قَالَ : أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، فَإِذَا قَالُوهَا حَرُمَتْ دِمَاؤُهُمْ وَأَمْوَالُهُمْ ، إِلاَّ بِحَقِّهَا قَالَ مُحَمَّدٌ : فَقُلْتُ لِشُعْبَةَ : أَلَيْسَ فِي الْحَدِيثِ أَلَيْسَ يَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَأَنِّي رَسُولُ اللهِ ؟ قَالَ : أَظُنُّهَا مَعَهَا ، وَلاَ أَدْرِي.
“Rəvayət edilir ki, Numan ibn Səlim ﵀ demişdir: “Mən Əusun belə dediyini eşitdim: “Mən Səqif qəbiləsinin heyəti ilə birlikdə Allah Elçisinin ﷺ yanına gəldim. Biz onunla bir kölgəlikdə idik. Mənimlə ondan başqa hamı yatmışdı. Sonra bir kişi gəlib onun qulağına nəsə pıçıldadı. Allah Elçisi ﷺ: “Onda onu öldürün!”, - dedi. Sonra buyurdu: “O, Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və mənim Onun elçisi olduğuma şahidlik edirmi?” Kişi dedi: “Bəli”. Allah Elçisi ﷺ buyurdu: “Elə isə onu burax”. Sonra dedi: “Mən insanlar “Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” deyənə qədər onlarla döyüşməklə əmr olundum. Onlar bunu dedikdə, haqq istisna olmaqla, onların canlarına və mallarına qəsd etmək haram olur. Hesabları isə Allaha aiddir”.”
İstinad
Nəsəi, 3982 (Qanın haramlığı, 17)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı