Qan tökmənin haramlığı kitabı

Qan tökməyin böyük günah olması

أَخْبَرَنَا حَاجِبُ بْنُ سُلَيْمَانَ الْمَنْبِجِيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي رَوَّادٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَبْدِ الأَعْلَى الثَّعْلِبِيِّ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ قَوْمًا كَانُوا قَتَلُوا ، فَأَكْثَرُوا وَزَنَوْا ، فَأَكْثَرُوا وَانْتَهَكُوا ، فَأَتَوْا النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالُوا : يَا مُحَمَّدُ ، إِنَّ الَّذِي تَقُولُ وَتَدْعُو إِلَيْهِ لَحَسَنٌ ، لَوْ تُخْبِرُنَا أَنَّ لِمَا عَمِلْنَا كَفَّارَةً ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللهِ إِلَهًا آخَرَ} إِلَى {فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ} قَالَ : يُبَدِّلُ اللَّهُ شِرْكَهُمْ إِيمَانًا وَزِنَاهُمْ إِحْصَانًا وَنَزَلَتْ : {قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ} الآيَةَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir qövm bir çox adam öldürmüş, çoxlu zina etmiş və günahlar etmişdi. Onlar Peyğəmbərin ﷺ yanına gəlib dedilər: “Ey Muhəmməd! Sənin danışdıqların və dəvət etdiyin yol gözəldir. Bir de görək, bizim etdiyimiz (bu günahların) kəffarəsi varmı?” Allah ﷿ da bu ayəni nazil etdi: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 68-70). İbn Abbas deyir: “Beləcə, Allah onların şirklərini imana, zinalarını halal münasibətə çevirdi və bu ayə nazil oldu: “(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (əz-Zumər, 53)”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 4003 (Qanın haramlığı, 38)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı