Ən böyük günah haqda və Abdullahın hədisi haqda Yəhya və Abdur-Rahmənin ixtilafı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ وَاصِلٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَمْرِو بْنِ شُرَحْبِيلَ ، عَنْ عَبْدِ اللهِ قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ ، أَيُّ الذَّنْبِ أَعْظَمُ ؟ قَالَ : أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا ، وَهُوَ خَلَقَكَ قُلْتُ : ثُمَّ مَاذَا ؟ قَالَ : أَنْ تَقْتُلَ وَلَدَكَ خَشْيَةَ أَنْ يَطْعَمَ مَعَكَ قُلْتُ : ثُمَّ مَاذَا ؟ قَالَ : أَنْ تُزَانِيَ بِحَلِيلَةِ جَارِكَ.
“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, hansı günah ən böyük günahdır?” Peyğəmbər ﷺ buyurdu: “Səni yaratdığı halda Allaha şərik qoşmağın”. Mən dedim: “Sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Səninlə birlikdə yemək yeyər deyə övladını (kasıb qalarsan qorxusu ilə) öldürməyin”. Mən dedim: “Daha sonra hansıdır?” Peyğəmbər ﷺ buyurdu: “Qonşunun zövcəsi ilə zina etmək”.”
İstinad
Nəsəi, 4013 (Qanın haramlığı, 48)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı