Qan tökmənin haramlığı kitabı

Ən böyük günah haqda və Abdullahın hədisi haqda Yəhya və Abdur-Rahmənin ixtilafı

أَخْبَرَنَا عَبْدَةُ قَالَ : أَنْبَأَنَا يَزِيدُ قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ عَاصِمٍ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ عَبْدِ اللهِ قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ : أَيُّ الذَّنْبِ أَعْظَمُ ؟ قَالَ : الشِّرْكُ أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا ، وَأَنْ تُزَانِيَ بِحَلِيلَةِ جَارِكَ ، وَأَنْ تَقْتُلَ وَلَدَكَ مَخَافَةَ الْفَقْرِ أَنْ يَأْكُلَ مَعَكَ ، ثُمَّ قَرَأَ عَبْدُ اللهِ : {وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللهِ إِلَهًا آخَرَ}. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : هَذَا خَطَأٌ ، وَالصَّوَابُ الَّذِي قَبْلَهُ ، وَحَدِيثُ يَزِيدَ هَذَا خَطَأٌ ، إِنَّمَا هُوَ وَاصِلٌ وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Hansı günah ən böyük günahdır?” Peyğəmbər ﷺ buyurdu: “Allaha şərik qoşmaq, qonşunun zövcəsi ilə zina etmək və kasıblıqdan qorxduğuna görə uşağını öldürmək”. Sonra Abdullah bu ayəni oxudu: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!” (əl-Furqan, 68-70)”.”

Abdullah
Səhih

İstinad

Nəsəi, 4015 (Qanın haramlığı, 50)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı