Müsəlmanın qanı nə vaxt halal olur?
أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ غَالِبٍ قَالَ : قَالَتْ عَائِشَةُ : أَمَا عَلِمْتَ أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ قَالَ : لاَ يَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ إِلاَّ رَجُلٌ زَنَى بَعْدَ إِحْصَانِهِ ، أَوْ كَفَرَ بَعْدَ إِسْلاَمِهِ ، أَوِ النَّفْسُ بِالنَّفْسِ وَقَفَهُ زُهَيْرٌ.
“Rəvayət edilir ki, Amr ibn Ğalib ﵁ demişdir: “Aişə mənə dedi: “Məgər Allah Elçisinin ﷺ belə buyurduğunu bilmirsən? O buyurmuşdur: “Evləndikdən sonra zina edən, İslamdan sonra küfrə qayıdan və birini öldürənə tətbiq edilən qisasdan başqa heç bir müsəlmanın qanının tökülməsi halal deyil”.”
İstinad
Nəsəi, 4017 (Qanın haramlığı, 52)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı