Müsəlmanın qanı nə vaxt halal olur?
أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ قَالَ : حَدَّثَنِي أَبُو أُمَامَةَ بْنُ سَهْلٍ وَعَبْدُ اللهِ بْنُ عَامِرِ بْنِ رَبِيعَةَ قَالاَ : كُنَّا مَعَ عُثْمَانَ وَهُوَ مَحْصُورٌ ، وَكُنَّا إِذَا دَخَلْنَا مَدْخَلاً نَسْمَعُ كَلاَمَ مَنْ بِالْبَلاَطِ ، فَدَخَلَ عُثْمَانُ يَوْمًا ، ثُمَّ خَرَجَ ، فَقَالَ : إِنَّهُمْ لَيَتَوَاعَدُونِّي بِالْقَتْلِ ، قُلْنَا : يَكْفِيكَهُمُ اللَّهُ ، قَالَ : فَلِمَ يَقْتُلُونِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ يَقُولُ : لاَ يَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ إِلاَّ بِإِحْدَى ثَلاَثٍ : رَجُلٌ كَفَرَ بَعْدَ إِسْلاَمِهِ ، أَوْ زَنَى بَعْدَ إِحْصَانِهِ ، أَوْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ ، فَوَاللَّهِ مَا زَنَيْتُ فِي جَاهِلِيَّةٍ ، وَلاَ إِسْلاَمٍ ، وَلاَ تَمَنَّيْتُ أَنَّ لِي بِدِينِي بَدَلاً مُنْذُ هَدَانِيَ اللَّهُ ، وَلاَ قَتَلْتُ نَفْسًا فَلِمَ يَقْتُلُونَنِي.
“Rəvayət edilir ki, Əbu Umamə ibn Səhl və Abdullah ibn Amr ibn Rabia ﵄ demişlər: “Osman xavariclər tərəfindən mühasirədə olarkən biz onun yanında idik. Onun evinə yaxınlaşdıqca içəridəkilərin səslərini eşidirdik. Bir gün Osman içəri girdi, sonra çıxıb dedi: “Onlar məni ölümlə təhdid edirlər”. Biz dedik: “Allah onlara qarşı sənə kifayət edər”. Osman dedi: “Məni niyə öldürəcəklər ki?! Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Üç nəfərdən başqa heç bir müsəlmanın qanının tökülməsi halal deyil. İslamı qəbul etdikdən sonra kafir olan, evləndikdən sonra zina edən və başqa birisini öldürən. Vallahi, nə cahiliyyət vaxtı, nə də müsəlman olduqdan sonra zina etmişəm. Allah bu dini mənə nəsib etdikdən sonra dinimin yerinə heç bir din arzulamadım və heç kimi öldürmədim. Belə olan halda məni niyə öldürmək istəyirlər?!””
İstinad
Nəsəi, 4019 (Qanın haramlığı, 54)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı