Qan tökmənin haramlığı kitabı

Allahın ﷿ “Allaha və Onun rəsuluna qarşı savaşanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, yaxud əllərinin və ayaqlarının çarpazvari kəsilməsi, ya da yaşadıqları yerdən sürgün edilmələridir...” (əl-Maidə, 33) ayəsinin yozumu və kimə görə nazil edilməsi?

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، عَنْ حَجَّاجٍ الصَّوَّافِ ، قَالَ : حَدَّثَنَا أَبُو رَجَاءٍ ، مَوْلَى أَبِي قِلاَبَةَ ، قَالَ : حَدَّثَنَا أَبُو قِلاَبَةَ قَالَ : حَدَّثَنِي أَنَسُ بْنُ مَالِكٍ ، أَنَّ نَفَرًا مِنْ عُكْلٍ ثَمَانِيَةً قَدِمُوا عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَاسْتَوْخَمُوا الْمَدِينَةَ ، وَسَقِمَتْ أَجْسَامُهُمْ ، فَشَكَوْا ذَلِكَ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فَقَالَ : أَلاَ تَخْرُجُونَ مَعَ رَاعِينَا فِي إِبِلِهِ ، فَتُصِيبُوا مِنْ أَلْبَانِهَا وَأَبْوَالِهَا ؟ قَالُوا : بَلَى ، فَخَرَجُوا فَشَرِبُوا مِنْ أَلْبَانِهَا وَأَبْوَالِهَا ، فَصَحُّوا ، فَقَتَلُوا رَاعِيَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَبَعَثَ ، فَأَخَذُوهُمْ ، فَأُتِيَ بِهِمْ ، فَقَطَّعَ أَيْدِيَهُمْ وَأَرْجُلَهُمْ وَسَمَّرَ أَعْيُنَهُمْ ، وَنَبَذَهُمْ فِي الشَّمْسِ حَتَّى مَاتُوا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Ukl qəbiləsindən səkkiz nəfər Peyğəmbərin ﷺ yanına gəlmişdi. Onlar Mədinənin havasına dözməyib xəstələndilər və Allah Elçisinə ﷺ şikayət etdilər. Allah Elçisi ﷺ onlara dedi: “Çobanımız və dəvələrimizlə Mədinənin kənarına çıxıb orada dəvələrin südündən və sidiyindən içə bilərsinizmi?” Onlar: “Bəli”, - dedilər. Sonra onlar gedib dəvələrin südündən və sidiyindən içdilər. Sağaldıqda isə Allah Elçisinin ﷺ çobanını öldürdülər. Belə olduqda Allah Elçisi ﷺ adam göndərib onları tutdurdu. Onlar Allah Elçisinin ﷺ yanına gətirildikdə əllərini və ayaqlarını kəsdirdi, gözlərini deşdirdi və günəşin altında qoydu. Onlar da beləcə öldülər”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 4024 (Qanın haramlığı, 59)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı