Qan tökmənin haramlığı kitabı

Mürtədin hökmü

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وحَدَّثَنِي حَمَّادُ بْنُ مَسْعَدَةَ قَالاَ : حَدَّثَنَا قُرَّةُ بْنُ خَالِدٍ ، عَنْ حُمَيْدِ بْنِ هِلاَلٍ ، عَنْ أَبِي بُرْدَةَ بْنِ أَبِي مُوسَى الأَشْعَرِيِّ ، عَنْ أَبِيهِ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ بَعَثَهُ إِلَى الْيَمَنِ ، ثُمَّ أَرْسَلَ مُعَاذَ بْنَ جَبَلٍ بَعْدَ ذَلِكَ ، فَلَمَّا قَدِمَ قَالَ : أَيُّهَا النَّاسُ ، إِنِّي رَسُولُ رَسُولِ اللهِ إِلَيْكُمْ ، فَأَلْقَى لَهُ أَبُو مُوسَى وِسَادَةً لِيَجْلِسَ عَلَيْهَا ، فَأُتِيَ بِرَجُلٍ كَانَ يَهُودِيًّا فَأَسْلَمَ ، ثُمَّ كَفَرَ ، فَقَالَ مُعَاذٌ : لاَ أَجْلِسُ حَتَّى يُقْتَلَ قَضَاءُ اللهِ وَرَسُولِهِ ثَلاَثَ مَرَّاتٍ ، فَلَمَّا قُتِلَ قَعَدَ.

“Əbu Burdə ibn Əbu Musa əl-Əşari atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ onu Yəmənə göndərdikdən sonra Muaz ibn Cəbəli göndərdi. Muaz Yəmənə gəldikdə dedi: “Ey insanlar! Mən Allah Elçisinin ﷺ sizə göndərdiyi elçiyəm”. Əbu Musa Muazın əyləşməsi üçün oturacaq qoymuşdu. (Oraya) İslamı qəbul etdikdən sonra kafir olan bir yəhudi gətirildi. Muaz üç dəfə dedi: “Bu adam öldürülüb Allah və Onun Elçisinin əmri yerinə yetirilmədən əyləşməyəcəyəm”. Adam qətlə yetirildikdən sonra o oturdu.”

Əbu Burdə ibn Əbu Musa əl-Əşari atasından
Səhih

İstinad

Nəsəi, 4066 (Qanın haramlığı, 101)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı