Bu hədis haqda əl-Aməşin ixtilafı
أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْلَى ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ أَبِي الْبَخْتَرِيِّ ، عَنْ أَبِي بَرْزَةَ قَالَ : مَرَرْتُ عَلَى أَبِي بَكْرٍ وَهُوَ مُتَغَيِّظٌ عَلَى رَجُلٍ مِنْ أَصْحَابِهِ فَقُلْتُ : يَا خَلِيفَةَ رَسُولِ اللهِ ، مَنْ هَذَا الَّذِي تَغَيَّظُ عَلَيْهِ ؟ قَالَ : وَلِمَ تَسْأَلُ ؟ قُلْتُ : أَضْرِبُ عُنُقَهُ ، قَالَ : فَوَاللَّهِ لأَذْهَبَ عِظَمُ كَلِمَتِي غَضَبَهُ ثُمَّ قَالَ : مَا كَانَتْ لأَحَدٍ بَعْدَ مُحَمَّدٍ صَلَّى الله عَليْهِ وَسَلَّمَ.
“Rəvayət edilir ki, Əbu Bərzə ﵁ demişdir: “Bir dəfə Əbu Bəkrin yanına gəlmişdim. O, yoldaşlarından birinə qəzəblənmişdi. Mən ondan soruşdum: “Ey Allah Elçisinin xəlifəsi, bu qəzəbləndiyin adam kimdir?” O dedi: “Niyə soruşursan ki?” Mən də dedim: “Onun boynunu vurmaq üçün”. Mənim sözlərimin böyüklüyü onun qəzəbini yatırtdı. O dedi: “Muhəmməddən ﷺ başqası üçün tətbiq edilməsi mümkün deyil”.”
İstinad
Nəsəi, 4073 (Qanın haramlığı, 108)
Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı