Qan tökmənin haramlığı kitabı

Kitab əhlinin etdiyi cadu

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ ابْنِ حَيَّانَ يَعْنِي يَزِيدَ ، عَنْ زَيْدِ بْنِ أَرْقَمَ قَالَ : سَحَرَ النَّبِيَّ صَلَّى الله عَليْهِ وَسَلَّمَ رَجُلٌ مِنَ الْيَهُودِ ، فَاشْتَكَى لِذَلِكَ أَيَّامًا ، فَأَتَاهُ جِبْرِيلُ عَلَيْهِ السَّلاَمُ فَقَالَ : إِنَّ رَجُلاً مِنَ الْيَهُودِ سَحَرَكَ ، عَقَدَ لَكَ عُقَدًا فِي بِئْرِ كَذَا وَكَذَا ، فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ ، فَاسْتَخْرَجُوهَا ، فَجِيءَ بِهَا ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ كَأَنَّمَا نُشِطَ مِنْ عِقَالٍ ، فَمَا ذَكَرَ ذَلِكَ لِذَلِكَ الْيَهُودِيِّ ، وَلاَ رَآهُ فِي وَجْهِهِ قَطُّ.

“Rəvayət edilir ki, Zeyd ibn Ərqam ﵁ demişdir: “Bir dəfə yəhudilərdən bir kişi Peyğəmbərə ﷺ cadu etmişdi. Bu səbəblə Peyğəmbər ﷺ bir neçə gün narahatlıq keçirdi. Belə olduqda Cəbrail ﵇ onun yanına gəlib dedi: “Yəhudilərdən bir kişi sənə cadu edib. O, bir ipə düyünlər vuraraq onu filan quyuya atıb”. Allah Elçisi ﷺ də dərhal bir adam göndərərək onu quyudan çıxartdırıb yanına gətizdirdi. Bundan sonra Allah Elçisi ﷺ sanki ipdən açılan kimi rahatlaşdı. O bunu nə yəhudiyə dedi, nə də onunla üz-üzə gəldi”.”

Zeyd ibn Ərqam
Səhih

İstinad

Nəsəi, 4080 (Qanın haramlığı, 115)

Sunən ən-Nəsəi — Qan tökmənin haramlığı kitabı