Dəvənin ilk balasını mütləq olaraq qurban kəsmək və Rəcəb ayını xüsusiləşdirərək qurban kəsmək
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ قَالَ : حَدَّثْتُ أَبَا إِسْحَاقَ ، عَنْ مَعْمَرٍ ، وَسُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ أَحَدُهُمَا : نَهَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ عَنِ الْفَرَعِ ، وَالْعَتِيرَةِ وَقَالَ الآخَرُ : لاَ فَرَعَ ، وَلاَ عَتِيرَةَ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ dəvənin ilk balasını mütləq olaraq qurban kəsmək və Rəcəb ayını xüsusiləşdirərək qurban kəsmək adətini qadağan etmişdir”. Həmçinin demişdir: “Dəvənin ilk balasını mütləq olaraq qurban kəsmək və Rəcəb ayını xüsusiləşdirərək qurban kəsmək adəti yoxdur”.”
İstinad
Nəsəi, 4223 (Fəra və Atirə, 2)
Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı