Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı

Dəvənin ilk balasını mütləq olaraq qurban kəsmək və Rəcəb ayını xüsusiləşdirərək qurban kəsmək

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، يَعْنِي ابْنَ الْمُبَارَكِ ، عَنْ يَحْيَى وَهُوَ ابْنُ زُرَارَةَ بْنِ كُرَيْمِ بْنِ الْحَارِثِ بْنِ عَمْرٍو الْبَاهِلِيُّ قَالَ : سَمِعْتُ أَبِي يَذْكُرُ ، أَنَّهُ سَمِعَ جَدَّهُ الْحَارِثَ بْنَ عَمْرٍو يُحَدِّثُ ، أَنَّهُ لَقِيَ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، وَهُوَ عَلَى نَاقَتِهِ الْعَضْبَاءِ ، فَأَتَيْتُهُ مِنْ أَحَدِ شِقَّيْهِ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، بِأَبِي أَنْتَ وَأُمِّي اسْتَغْفِرْ لِي ، فَقَالَ : غَفَرَ اللَّهُ لَكُمْ ثُمَّ أَتَيْتُهُ مِنَ الشِّقِّ لآخَرِ ، أَرْجُو أَنْ يَخُصَّنِي دُونَهُمْ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، اسْتَغْفِرْ لِي ، فَقَالَ بِيَدِهِ : غَفَرَ اللَّهُ لَكُمْ . فَقَالَ رَجُلٌ مِنَ النَّاسِ : يَا رَسُولَ اللهِ ، الْعَتَائِرُ ، وَالْفَرَائِعُ ، قَالَ : مَنْ شَاءَ عَتَرَ ، وَمَنْ شَاءَ لَمْ يَعْتِرْ ، وَمَنْ شَاءَ فَرَّعَ ، وَمَنْ شَاءَ لَمْ يُفَرِّعْ فِي الْغَنَمِ أُضْحِيَّتُهَا ، وَقَبَضَ أَصَابِعَهُ إِلاَّ وَاحِدَةً.

“Rəvayət edilir ki, Haris ibn Amr ﵁ demişdir: “Allah Elçisi ﷺ Vida həccində Adba adlı dəvəsinin üzərində olarkən bir tərəfindən biri gəlib dedi: “Ey Allahın Elçisi, atam-anam sənə fəda olsun! Mənim üçün bağışlanma dilə!” Allah Elçisi ﷺ buyurdu: “Allah sizi bağışlasın!” Sonra digər tərəfindən gəlib dedi: “Ey Allahın Elçisi, məni xas edərək yalnız mənim üçün bağışlanma dilə!” Allah Elçisi ﷺ əli ilə olmaz işarəsi edərək buyurdu: “Allah sizi bağışlasın!” İnsanlardan bir kişi dedi: “Ey Allahın Elçisi, Rəcəb ayını xüsusiləşdirərək qurban kəsmək və dəvənin ilk balasının mütləq olaraq qurban kəsilməsinə necə baxırsan?” Allah Elçisi ﷺ buyurdu: “Kim istəsə, Rəcəb ayında qurban kəsər, kim istəsə, kəsməz. Kim istəsə, dəvənin ilk balasını qurban kəsə bilər, kim də istəsə, qurban kəsməz. Hər sürü üçün bir qoyun kəsilir”.”

Haris ibn Amr
Zəif

İstinad

Nəsəi, 4226 (Fəra və Atirə, 5)

Sunən ən-Nəsəi — Dəvənin ilk balasının qurban kəsilməsi və Rəcəb ayında kəsilən qurban kitabı