Təmizlənmə və onun sünnələri

Namazın açarı təmizlikdir

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْمُؤَمَّلِ بْنِ الصَّبَّاحِ ، وَعَبَّادُ بْنُ الْوَلِيدِ ، قَالاَ : حَدَّثَنَا بَكْرُ بْنُ يَحْيَى بْنِ زَبَّانَ ، حَدَّثَنَا حِبَّانُ بْنُ عَلِيٍّ ، عَنْ يَزِيدَ بْنِ أَبِي زِيَادٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلِ بْنِ أَبِي طَالِبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : يُجْزِئُ مِنَ الْوُضُوءِ مُدٌّ ، وَمِنَ الْغُسْلِ صَاعٌ ، فَقَالَ رَجُلٌ : لاَ يُجْزِئُنَا ، فَقَالَ : قَدْ كَانَ يُجْزِئُ مَنْ هُوَ خَيْرٌ مِنْكَ ، وَأَكْثَرُ شَعَرًا ، يَعْنِي النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Abdullah ibn Muhəmməd ibn Aqil ibn Əbu Talib atasından və babasından ﵁ rəvayət edərək belə demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Dəstəmaz üçün bir mudd, qüsl üçün isə bir saa kifayət edir”. Bir kişi dedi: “Bizə bəs etmir axı!” O, Peyğəmbəri ﷺ qəsd edərək dedi: “Saçı sənin (saçından) daha gur, özü də səndən daha xeyirli olan birisinə bəs edərdi”.”

Abdullah ibn Muhəmməd ibn Aqil ibn Əbu Talib atasından və babasından
Səhih

İstinad

İbn Məcə, 270 (Təharət, 4)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri