Təmizlənmə və onun sünnələri

Təmizlənmənin savabı

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا غُنْدَرٌ مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، عَنْ شُعْبَةَ ، عَنْ يَعْلَى بْنِ عَطَاءٍ ، عَنْ يَزِيدَ بْنِ طَلْقٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْبَيْلَمَانِيِّ ، عَنْ عَمْرِو بْنِ عَبَسَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ الْعَبْدَ إِذَا تَوَضَّأَ ، فَغَسَلَ يَدَيْهِ ، خَرَّتْ خَطَايَاهُ مِنْ يَدَيْهِ ، فَإِذَا غَسَلَ وَجْهَهُ , خَرَّتْ خَطَايَاهُ مِنْ وَجْهِهِ ، فَإِذَا غَسَلَ ذِرَاعَيْهِ وَمَسَحَ بِرَأْسِهِ ، خَرَّتْ خَطَايَاهُ مِنْ ذِرَاعَيْهِ وَرَأْسِهِ ، فَإِذَا غَسَلَ رِجْلَيْهِ ، خَرَّتْ خَطَايَاهُ مِنْ رِجْلَيْهِ.

“Amr ibn Abəsə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Həqiqətən, bir bəndə dəstəmaz alaraq əlini yuduqda günahları əllərindən tökülər. Üzünü yuduqda günahları üzündən tökülər. Qollarını yuduqda və başına məsh etdikdə günahları qollarından və başından tökülər. Ayaqlarını yuduqda günahları ayaqlarından tökülər”.”

Amr ibn Abəsə
Səhih

İstinad

İbn Məcə, 283 (Təharət, 17)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri