Təmizlənmə və onun sünnələri

Təmizlənmənin savabı

حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ إِبْرَاهِيمَ ، حَدَّثَنَا الْوَلِيدُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا الأَوْزَاعِيُّ ، حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ , حَدَّثَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ , حَدَّثَنِي شَقِيقُ بْنُ سَلَمَةَ , حَدَّثَنِي حُمْرَانُ ، مَوْلَى عُثْمَانَ بْنِ عَفَّانَ ، قَالَ : رَأَيْتُ عُثْمَانَ بْنَ عَفَّانَ قَاعِدًا فِي الْمَقَاعِدِ ، فَدَعَا بِوَضُوءٍ فَتَوَضَّأَ ، ثُمَّ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي مَقْعَدِي هَذَا ، تَوَضَّأَ مِثْلَ وُضُوئِي هَذَا ، ثُمَّ قَالَ : مَنْ تَوَضَّأَ مِثْلَ وُضُوئِي هَذَا ، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ , وَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : وَلاَ تَغْتَرُّوا.

“Osman ibn Əffanın ﵁ azad etdiyi kölə Humran ﵀ demişdir: “Mən Osman ibn Əffanı məscidin yanında oturarkən gördüm. O, dəstəmaz almaq üçün su istədi və dəstəmaz aldıqdan sonra dedi: “Mən Allah Elçisinin ﷺ bu oturduğum yerdə mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm. Allah Elçisi ﷺ dəstəmaz aldıqdan sonra belə buyurdu: “Kim bu cür dəstəmaz alarsa, onun keçmiş günahları bağışlanar”. Həmçinin buyurdu: “Nə badə bununla qürurlanıb arxayın olasınız!””

Osman ibn Əffan
Səhih

İstinad

İbn Məcə, 285 (Təharət, 19)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri