Təmizlənmə və onun sünnələri

Fitrət

حَدَّثَنَا سَهْلُ بْنُ أَبِي سَهْلٍ ، وَمُحَمَّدُ بْنُ يَحْيَى ، قَالاَ : حَدَّثَنَا أَبُو الْوَلِيدِ ، حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَلِيِّ بْنِ زَيْدٍ ، عَنْ سَلَمَةَ بْنِ مُحَمَّدِ بْنِ عَمَّارِ بْنِ يَاسِرٍ ، عَنْ عَمَّارِ بْنِ يَاسِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مِنَ الْفِطْرَةِ : الْمَضْمَضَةُ ، وَالاِسْتِنْشَاقُ ، وَالسِّوَاكُ ، وَقَصُّ الشَّارِبِ ، وَتَقْلِيمُ الأَظْفَارِ ، وَنَتْفُ الإِبْطِ ، وَالاِسْتِحْدَادُ ، وَغَسْلُ الْبَرَاجِمِ ، وَالاِنْتِضَاحُ ، وَالاِخْتِتَانُ. قَالَ أَبُو الْحَسَنِ : حَدَّثَنَا جَعْفَرُ بْنُ أَحْمَدَ بْنِ عُمَرَ ، حَدَّثَنَا عَفَّانُ بْنُ مُسْلِمٍ ، حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ عَلِيِّ بْنِ زَيْدٍ ، مِثْلَهُ.

“Əmmar ibn Yasir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ağıza su almaq, buruna su çəkmək, misvak istifadə etmək, bığı qısaltmaq, dırnaqları tutmaq, qoltuqaltını yolmaq, qasığı qırxmaq, (dəstəmaz alanda) barmaq aralarını yumaq, ayaqyolunda cinsiyyət orqanına su səpmək və xitan etdirmək fitrətdəndir”.”

Əmmar ibn Yasir
Həsən

İstinad

İbn Məcə, 294 (Təharət, 28)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri