Təmizlənmə və onun sünnələri

Qüsl alınan yerə subaşına çıxmağın bəyənilməməsi

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، أَخْبَرَنَا مَعْمَرٌ ، عَنْ أَشْعَثَ بْنِ عَبْدِ اللهِ ، عَنِ الْحَسَنِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُغَفَّلٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ يَبُولَنَّ أَحَدُكُمْ فِي مُسْتَحَمِّهِ ، فَإِنَّ عَامَّةَ الْوَسْوَاسِ مِنْهُ. قَالَ أَبُو عَبْدِ اللهِ بْنُ مَاجَةَ : سَمِعْتُ عَلِيَّ بْنَ مُحَمَّدٍ الطَّنَافِسِيَّ يَقُولُ : إِنَّمَا هَذَا فِي الْحَفِيرَةِ ، فَأَمَّا الْيَوْمَ , فَمُغْتَسَلاَتُهُمُ الْجِصُّ ، وَالصَّارُوجُ ، وَالْقِيرُ ، فَإِذَا بَالَ وَأَرْسَلَ عَلَيْهِ الْمَاءَ ، فَلاَ بَأْسَ به.

“Rəvayət edilir ki, Abdullah ibn Muğaffəl ﵁ demişdir: “Allah Elçisi ﷺ demişdir: “Sizdən heç kim qüsl etdiyi yerə subaşına çıxmasın! Çünki vəsvəsənin çoxu bundan irəli gəlir”. Əbu Abdullah ibn Məcə deyir ki, Muhəmməd ibn Yəzidi belə deyərkən eşitdim: “Mən Əli ibn Muhəmməd ət-Tanəfisinin belə dediyini eşitdim: “Subaşına çıxmağın qadağan olunduğu qüsl yeri qazılmış torpaq çuxuru olanıdır, çünki bugünkü insanların yuyunduqları yerlər əhəng, kirəc və saxsı kimi yerlərdir. Ona görə həmin yerdə subaşına çıxıb bol su töksə, bir zərəri olmaz”.”

Abdullah ibn Muğaffəl
Zəif

İstinad

İbn Məcə, 304 (Təharət, 38)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri