Təmizlənmə və onun sünnələri

Ayaqyolunda daşlarla təmizlənmək, sümük və təzəklə təmizlənməyin isə qadağan olunması

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، أَخْبَرَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ ابْنِ عَجْلاَنَ ، عَنِ الْقَعْقَاعِ بْنِ حَكِيمٍ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّمَا أَنَا لَكُمْ مِثْلُ الْوَالِدِ لِوَلَدِهِ ، أُعَلِّمُكُمْ ، إِذَا أَتَيْتُمُ الْغَائِطَ فَلاَ تَسْتَقْبِلُوا الْقِبْلَةَ ، وَلاَ تَسْتَدْبِرُوهَا , وَأَمَرَ بِثَلاَثَةِ أَحْجَارٍ , وَنَهَى عَنِ الرَّوْثِ ، وَالرِّمَّةِ , وَنَهَى أنْ يَسْتَطِيبَ الرَّجلُ بِيَمِينِهِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, mənim misalım sizin üçün atanın övladına olan misalı kimidir. Mən sizi öyrədirəm. Ayaqyoluna girdikdə önünüzü və arxanızı qibləyə tərəf çevirməyin. Mən sizə üç daş ilə təmizlənməyi əmr edirəm, təzək və sümüklə təmizlənməyi isə qadağan edirəm. Kişiyə də sağ əli ilə təmizlənməyi qadağan edirəm!””

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 313 (Təharət, 47)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri