Yolun ortasında ayaqyoluna çıxmağın qadağan olması
حَدَّثَنَا حَرْمَلَةُ بْنُ يَحْيَى ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، أَخْبَرَنِي نَافِعُ بْنُ يَزِيدَ ، عَنْ حَيْوَةَ بْنِ شُرَيْحٍ ، أَنَّ أَبَا سَعِيدٍ الْحِمْيَرِيَّ حَدَّثَهُ قَالَ : كَانَ مُعَاذُ بْنُ جَبَلٍ يَتَحَدَّثُ بِمَا لَمْ يَسْمَعْ أَصْحَابُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَيَسْكُتُ عَمَّا سَمِعُوا ، فَبَلَغَ عَبْدَ اللهِ بْنَ عَمْرٍو مَا يَتَحَدَّثُ بِهِ ، فَقَالَ : وَاللَّهِ مَا سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ هَذَا ، وَأَوْشَكَ مُعَاذٌ أَنْ يُفْتِيَكُمْ فِي الْخَلاَءِ ، فَبَلَغَ ذَلِكَ مُعَاذًا ، فَلَقِيَهُ ، فَقَالَ مُعَاذٌ : يَا عَبْدَ اللهِ بْنَ عَمْرٍو , إِنَّ التَّكْذِيبَ بِحَدِيثِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ نِفَاقٌ ، وَإِنَّمَا إِثْمُهُ عَلَى مَنْ قَالَهُ ، لَقَدْ سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : اتَّقُوا الْمَلاَعِنَ الثَّلاَثَ : الْبَرَازَ فِي الْمَوَارِدِ ، وَالظِّلِّ ، وَقَارِعَةِ الطَّرِيقِ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Himyəri ﵀ demişdir: “Muaz ibn Cəbəl Allah Elçisinin ﷺ səhabələrinin eşitmədiyi hədisləri rəvayət edər və hamının bildiyi hədisləri rəvayət etməzdi. Bir dəfə onun rəvayət etdiyi hədislər Abdullah ibn Amra çatdıqda Abdullah dedi: “Allaha and olsun ki, mən bu hədisləri Allah Elçisindən ﷺ eşitməmişəm. Qorxuram ki, Muaz sizi ayaqyolu məsələsində çətinliyə salsın”. Bu söz Muaza çatdı. Muaz onunla qarşılaşıb ona dedi: “Ey Abdullah ibn Amr, Allah Elçisinin ﷺ hədislərini inkar etmək nifaqdandır. Günah da onu danışanadır. Şübhəsiz, mən Allah Elçisinin ﷺ belə dediyini eşitmişəm: “Lənətə səbəb olan üç şeydən: bulaqlara, kölgəliklərə və yolun ortasına subaşına çıxmaqdan çəkinin”.”
İstinad
İbn Məcə, 328 (Təharət, 62)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri