Kiçik subaşına çıxan adama salam vermək
حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عِيسَى بْنُ يُونُسَ ، عَنْ هَاشِمِ بْنِ الْبَرِيدِ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ , أَنَّ رَجُلاً مَرَّ عَلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَهُوَ يَبُولُ ، فَسَلَّمَ عَلَيْهِ ، فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا رَأَيْتَنِي عَلَى مِثْلِ هَذِهِ الْحَالَةِ ، فَلاَ تُسَلِّمْ عَلَيَّ ، فَإِنَّكَ إِنْ فَعَلْتَ ذَلِكَ لَمْ أَرُدَّ عَلَيْكَ.
“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ subaşına çıxan zaman bir kişi onun yanından keçirdi. O, Peyğəmbərə ﷺ salam verdi. Allah Elçisi ﷺ də ona dedi: “Məni belə bir halda gördükdə mənə salam vermə, çünki sən salam versən də, salamını bu halda almayacağam”.”
İstinad
İbn Məcə, 352 (Təharət, 86)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri