Təmizlənmə və onun sünnələri

Subaşına çıxdıqda su ilə təmizlənmək

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ هِشَامٍ ، عَنْ يُونُسَ بْنِ الْحَارِثِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ أَبِي مَيْمُونَةَ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : نَزَلَتْ فِي أَهْلِ قُبَاءٍ : {فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ} قَالَ : كَانُوا يَسْتَنْجُونَ بِالْمَاءِ ، فَنَزَلَتْ فِيهِمْ هَذِهِ الآيَةُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu ayə “Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir” (ət-Tövbə, 108) Quba' məscidində olanlar haqda nazil olmuşdur. Əbu Hureyra dedi: “Onlar su ilə təmizlənirdilər və bu ayə onlara görə nazil oldu”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 357 (Təharət, 91)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri