Pişiyin içdiyi suyun artığı ilə dəstəmaz almağın icazəli olması
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا زَيْدُ بْنُ الْحُبَابِ ، أَخْبَرَنَا مَالِكُ بْنُ أَنَسٍ ، أَخْبَرَنِي إِسْحَاقُ بْنُ عَبْدِ اللهِ بْنِ أَبِي طَلْحَةَ الأَنْصَارِيُّ ، عَنْ حُمَيْدَةَ بِنْتِ عُبَيْدِ بْنِ رِفَاعَةَ ، عَنْ كَبْشَةَ بِنْتِ كَعْبٍ ، وَكَانَتْ تَحْتَ بَعْضِ وَلَدِ أَبِي قَتَادَةَ ، أَنَّهَا صَبَّتْ لأَبِي قَتَادَةَ مَاءً يَتَوَضَّأُ بِهِ ، فَجَاءَتْ هِرَّةٌ تَشْرَبُ ، فَأَصْغَى لَهَا الإِنَاءَ ، فَجَعَلْتُ أَنْظُرُ إِلَيْهِ ، فَقَالَ : يَا ابْنَةَ أَخِي أَتَعْجَبِينَ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّهَا لَيْسَتْ بِنَجَسٍ ، هِيَ مِنَ الطَّوَّافِينَ ، أَوِ الطَّوَّافَاتِ.
“Rəvayət edilir ki, Əbu Qatədənin ﵁ övladlarından birinin nikahı altında olan Kəbşə bint Kəb ﵀ Əbu Qatədənin dəstəmaz alması üçün su gətirmişdi. Bir pişik gəlib o sudan içmək istədikdə Əbu Qatədə qabı pişiyin suyu rahat içməsi üçün əydi. Əbu Qatədə gördü ki, mən o suqabına baxıram və dedi: “Sən təəccüblənirsənmi, ey qardaşım qızı? Allah Elçisi ﷺ belə buyurmuşdur: “Şübhəsiz, pişik murdar deyil! O, daim ətrafınızda gəzib dolaşan heyvanlardandır!””
İstinad
İbn Məcə, 367 (Təharət, 101)
Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri