Təmizlənmə və onun sünnələri

Qadının dəstəmaz aldığı sudan istifadə etməyin icazəli olması

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ سِمَاكِ بْنِ حَرْبٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ ابْنِ عَبَّاسٍ , قَالَ : اغْتَسَلَ بَعْضُ أَزْوَاجِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي جَفْنَةٍ ، فَجَاءَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِيَغْتَسِلَ ، أَوْ يَتَوَضَّأَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي كُنْتُ جُنُبًا ، فَقَالَ : الْمَاءُ لاَ يُجْنِبُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbərin ﷺ zövcələrindən biri bir qabdakı sudan qüsl almışdı. Peyğəmbər ﷺ gəlib həmin qabdakı sudan qüsl və dəstəmaz almaq istədikdə zövcəsi ona dedi: “Ey Allahın Elçisi, mən cənabət halında idim (və o qabdan qüsl aldım)”. Peyğəmbər ﷺ buyurdu: “Su cənabət halına düşmür”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 370 (Təharət, 104)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri