Təmizlənmə və onun sünnələri

Dəniz suyundan istifadə edərək dəstəmaz almaq

حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا مَالِكُ بْنُ أَنَسٍ , حَدَّثَنِي صَفْوَانُ بْنُ سُلَيْمٍ ، عَنْ سَعِيدِ بْنِ سَلَمَةَ ، هُوَ مِنْ آلِ ابْنِ الأَزْرَقِ ، أَنَّ الْمُغِيرَةَ بْنَ أَبِي بُرْدَةَ ، وَهُوَ مِنْ بَنِي عَبْدِ الدَّارِ حَدَّثَهُ , أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ يَقُولُ : جَاءَ رَجُلٌ إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنَّا نَرْكَبُ الْبَحْرَ ، وَنَحْمِلُ مَعَنَا الْقَلِيلَ مِنَ الْمَاءِ ، فَإِنْ تَوَضَّأْنَا بِهِ عَطِشْنَا ، أَفَنَتَوَضَّأُ مِنْ مَاءِ الْبَحْرِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : هُوَ الطَّهُورُ مَاؤُهُ ، الْحِلُّ مَيْتَتُهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Bir kişi Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi! Biz gəmi ilə səfər edirik və özümüzlə az miqdarda (şirin) su götürürük. Əgər biz həmin su ilə dəstəmaz alsaq, (şirin su az olduğuna görə) susuzluqdan əziyyət çəkərik. Biz dəniz suyu ilə dəstəmaz ala bilərikmi?” Allah Elçisi ﷺ dedi: “Onun suyu təmiz, ölüsü isə (dəniz heyvanları yemək üçün) halaldır”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 386 (Təharət, 120)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri