Təmizlənmə və onun sünnələri

Adamın dəstəmaz alması üçün başqasının onun əlinə su tökməyə kömək istəməsi

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا الْهَيْثَمُ بْنُ جَمِيلٍ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ مُحَمَّدِ بْنِ عَقِيلٍ ، عَنِ الرُّبَيِّعِ بِنْتِ مُعَوِّذٍ ، قَالَتْ : أَتَيْتُ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِمِيضَأَةٍ ، فَقَالَ : اسْكُبِي , فَسَكَبْتُ ، فَغَسَلَ وَجْهَهُ وَذِرَاعَيْهِ ، وَأَخَذَ مَاءً جَدِيدًا , فَمَسَحَ بِهِ رَأْسَهُ ، مُقَدَّمَهُ وَمُؤَخَّرَهُ ، وَغَسَلَ قَدَمَيْهِ ثَلاَثًا ثَلاَثًا.

“Rəvayət edilir ki, Rubeyyi bint Muavviz ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına bir qab su ilə gəldim. O dedi: “Mənim əlimə su tök!” Mən də onun əlinə su tökdüm. O, üzünü və qollarını yudu, sonra yenidən su götürüb başının önünü və arxasını məsh etdi. Sonra da hər ayağını üç dəfə yudu”.”

Rubeyyi bint Muavviz
Həsən

İstinad

İbn Məcə, 390 (Təharət, 124)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri