Təmizlənmə və onun sünnələri

Dəstəmaz əzalarını yuyarkən sayları artımağın bəyənilməməsi

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا خَالِي يَعْلَى ، عَنْ سُفْيَانَ ، عَنْ مُوسَى بْنِ أَبِي عَائِشَةَ ، عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : جَاءَ أَعْرَابِيٌّ إِلَى النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَسَأَلَهُ عَنِ الْوُضُوءِ ، فَأَرَاهُ ثَلاَثًا ثَلاَثًا ، ثُمَّ قَالَ : هَذَا الْوُضُوءُ ، فَمَنْ زَادَ عَلَى هَذَا فَقَدْ أَسَاءَ ، أَوْ تَعَدَّى ، أَوْ ظَلَمَ.

“Amr ibn Şueyb atasının və babasının ﵄ belə dediklərini rəvayət etmişdir: “Bir bədəvi Peyğəmbərin ﷺ yanına gəlib dəstəmaz haqda soruşdu. Peyğəmbər ﷺ dəstəmaz alaraq əzalarını üç dəfə yudu və buyurdu: “Bu dəstəmazdır. Kim bu sayları artırarsa, artıq pis iş görmüş, həddini aşmış və zülm etmişdir”.”

Amr ibn Şueyb atasından və babasından
Səhih

İstinad

İbn Məcə, 422 (Təharət, 156)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri