Təmizlənmə və onun sünnələri

Dəstəmaz əzalarını yuyarkən sayları artımağın bəyənilməməsi

حَدَّثَنَا مُحَمَّدُ بْنُ يَحْيَى ، حَدَّثَنَا قُتَيْبَةُ ، حَدَّثَنَا ابْنُ لَهِيعَةَ ، عَنْ حُيَيِّ بْنِ عَبْدِ اللهِ الْمَعَافِرِيِّ ، عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ الْحُبُلِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مَرَّ بِسَعْدٍ وَهُوَ يَتَوَضَّأُ ، فَقَالَ : مَا هَذَا السَّرَفُ ؟ فَقَالَ : أَفِي الْوُضُوءِ إِسْرَافٌ ؟ قَالَ : نَعَمْ ، وَإِنْ كُنْتَ عَلَى نَهَرٍ جَارٍ.

“Abdullah ibn Amr ﵄ rəvayət edir ki, bir gün Səd dəstəmaz alanda Allah Elçisi ﷺ onun yanından keçdi və buyurdu: “Bu nə israfdır?” O dedi: “Dəstəmazda israf var?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, axar çayın üzərində durub dəstəmaz alsan da, (israf) var”.”

Abdullah ibn Amr
Zəif

İstinad

İbn Məcə, 425 (Təharət, 159)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri