Təmizlənmə və onun sünnələri

Dəstəmaz aldıqda başa məsh haqda

حَدَّثَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ , وَحَرْمَلَةُ بْنُ يَحْيَى ، قَالاَ : أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِدْرِيسَ الشَّافِعِيُّ ، أَخْبَرَنَا مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى ، عَنْ أَبِيهِ ، أَنَّهُ قَالَ لِعَبْدِ اللهِ بْنِ زَيْدٍ , وَهُوَ جَدُّ عَمْرِو بْنِ يَحْيَى : هَلْ تَسْتَطِيعُ أَنْ تُرِيَنِي كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَتَوَضَّأُ ؟ فَقَالَ عَبْدُ اللهِ بْنُ زَيْدٍ : نَعَمْ ، فَدَعَا بِوَضُوءٍ ، فَأَفْرَغَ عَلَى يَدَيْهِ ، فَغَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ , ثُمَّ تَمَضْمَضَ ، وَاسْتَنْثَرَ ثَلاَثًا ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلاَثًا ، ثُمَّ غَسَلَ يَدَيْهِ مَرَّتَيْنِ مَرَّتَيْنِ إِلَى الْمِرْفَقَيْنِ ، ثُمَّ مَسَحَ رَأْسَهُ بِيَدَيْهِ ، فَأَقْبَلَ بِهِمَا وَأَدْبَرَ ، بَدَأَ بِمُقَدَّمِ رَأْسِهِ ، ثُمَّ ذَهَبَ بِهِمَا إِلَى قَفَاهُ ، ثُمَّ رَدَّهُمَا , حَتَّى رَجَعَ إِلَى الْمَكَانِ الَّذِي بَدَأَ مِنْهُ ، ثُمَّ غَسَلَ رِجْلَيْهِ.

“Rəvayət edilir ki, Amr ibn Yəhyə babası Abdullah ibn Zeydə ﵁ demişdir: “Sən mənə Allah Elçisinin ﷺ necə dəstəmaz aldığını göstərə bilərsənmi?” Abdullah ibn Zeyd: “Bəli” dedi və dəstəmaz almaq üçün su istədi. Əllərinə su tökdü və onları iki dəfə yudu, sonra üç dəfə ağzını və burnunu yaxaladı, sonra üç dəfə üzünü yudu, sonra qollarını dirsəklərinə qədər iki dəfə yudu, sonra əllərini irəliyə və arxaya edərək bütün başına məsh çəkdi. Əllərini başının ön tərəfindən başlayıb arxaya doğru apardı, sonra da əllərini geri gətirərək başladığı tərəfə qaytardı. Sonra da ayaqlarını yudu”.”

Abdullah ibn Zeyd
Səhih

İstinad

İbn Məcə, 434 (Təharət, 168)

Sunən İbn Məcə — Təmizlənmə və onun sünnələri